Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir.

Martın 1-də mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını – Anıt qəbri ziyarət ediblər. 

Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, Anıt qəbrin önünə əklil qoyulub, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən böyük öndər Atatürkün xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Cümhurbaşqanı Simfonik Orkestri (CSO) binasına gələn nümayəndə heyəti burada yeni konsert salonu ilə tanış olub. 

Türkiyənin ən böyük musiqi təsisatlarından olan CSO-nun tarixi və fəaliyyəti haqqında məlumat verilib. 

Daha sonra A.Kərimov və nümayəndə heyətinin üzvləri Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət ediblər. 

Nümayəndə heyəti ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən keçirilən və mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunan Azərbaycan-Türkiyə münasibətlərinə dair məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak edib.

2 Mart 2021 10:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə