Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərbi Azərbaycandakı tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən darmadağın edilib

Hazırda Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında 8000 tarix və mədəniyyət abidəmiz olub, lakin onların böyük əksəriyyəti ermənilər tərəfindən dağıdılıb, bir qismi isə erməniləşdirilib.


Mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov Trend-ə bildirib ki, dağıdılan abidələr Azərbaycanın İslam dövrü, erməniləşdirilən abidələr isə xristianlığın yayıldığı dövrə və xristianlıqdan əvvəlki əsrlərə aid abidələri olub.
F.İsmayılov bildirib ki, hazırda Ermənistan ərazisindəki Azərbaycan abidələrinin nə qədərinin mövcudluğunu qoruyub saxladığı tam məlum deyil. Bu sahədə dəqiqləşdirmələrin aparılmasına ehtiyac duyulur: "Cənubi Qafqazda tarixən heç bir erməni siyasi qurumu mövcud olmayıb. Ermənilər üçün ilk dövləti bu regionda havadarları 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlılar bu torpaqlardan sıxışdırılıb çıxarılıb və onlara məxsus mədəni-irs nümunələri dağıdılıb, böyük sayda tarix və mədəniyyət abidələri və yer adları erməniləşdirilərək mənimsənilib.
1988-ci ildən sonra kütləvi terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə məcbur oldular və bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan maddi-mədəniyyət abidələri də ermənilər tərəfindən dağıntılara, məhvə məruz qaldı".
Tarixi mənbələr əsasında indiki Ermənistan ərazisində mövcud olan qədim abidələrimiz haqqında məlumat verən tədqiqatçı qeyd edib ki, 1915-ci il məlumatına görə, Zəngəzur və İrəvan quberniyasının ərazisində 391 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 391 olub. Bu artım dinamikası bölgələrdə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Zəngəzurda 36 məscid, İrəvan quberniyasının Eçmiədzin qəzasında 36, Sürməli qəzasında 47, Şərur-Dərələyəz qəzasında 63, Novobayəzed qəzasında 14, İrəvan qəzasında 54 məscid fəaliyyət göstərib. Lakin bu məscidlərdən yalnız İrəvandakı Göy məscid qalıb, Mehridəki bir məscid isə kilsəyə çevrilib.
Sunik bölgəsinin Aqarak kəndi ərazisindəki bu Qafqaz Albaniyası dövrü abidəsi məqsədli şəkildə dağıdılmaya məruz qalıb.
Tavuş bölgəsinin Dilican şəhəri ətrafında olan üç məbədin hamısının qapısının üstündəki yazılar ermənilər tərəfindən silinib.

Mehdi MÜKƏRRƏMOĞLU,

"Xalq qəzeti"

2 Mart 2021 08:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri

Köhnə versiyamızdan xəbərləri izlə