Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp yenidən mübarizə aparacağını istisna etmir

“Reuters” agentliyinin yaydığı məlumata görə, ABŞ-ın sabiq prezidenti Donald Tramp növbəti prezident seçkilərində yenidən iştirakını istisna etmir.

Bildirilir ki, Donald Tramp bu barədə Florida ştatında mühafizəkar respublikaçıların konfransında çıxış edərkən deyib. Sabiq prezident respublikaçıların aralıq seçkilərdə, sonra isə 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələ biləcəyini qeyd edib. O deyib: “Biz Senatda və Nümayəndələr Palatasında çoxluğu özümüzə qaytaracağıq. Sonra triumf anı gələcək: Ağ evdə yenidən respublikaçı prezident əyləşəcək”.

2016-cı ildə keçirilən səsvermə nəticəsində hakimiyyətə gələn Donald Tramp 2020-ci ildə ikinci müddətə prezident seçilməyə nail olmasa da, qalib gəldiyini iddia edir. Onun fikrincə, demokratlar seçki məntəqələrində kütləvi pozuntulara yol verdiyi üçün qalib Cozef Bayden olub. Sabiq prezident, həmçinin bundan sonra respublikaçıların hakimiyyət uğrunda sərt mübarizə aparmalı olduğunu vurğulayıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

2 Mart 2021 02:23 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Aprel 2021 | 07:59
Sabiq prezident iş axtarır

Köhnə versiyamızdan xəbərləri izlə