Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tailand “CoronaVac” peyvəndi ilə vaksinasiyaya başlayıb

BBC-nin məlumatına görə, Tailandda əhalinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Mənbə yazır ki, vaksinasiyada Çinin “Sinovac Biotech” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. İlk peyvənd olunanlar isə Baş nazirin müavini, səhiyyə naziri, habelə kənd təsərrüfatı və mədəniyyət nazirləri, digər rəsmilər olub. T

ailandın Baş naziri Prayut Çan-o-ça vaksinasiyanın başlamasını pandemiya ilə mübarizədə tarixi hadisə kimi dəyərləndirib. Vaksinasiyanın ilk günü Tailandda COVID-19 infeksiyasının yeni ocağı olan Samut Sahkon vilayətində xüsusi risk qrupundan olan 159 nəfərə peyvəndin ilk dozası vurulub.

Qeyd edək ki, fevralın 24-də Tailand hökuməti Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 əleyhinə “CoronaVac” adlı peyvəndinin təcili istifadəsini təsdiqləyib. Elə həmin gün vaksinlərin 200 min doza həcmində ilk partiyası Tailanda gətirilib. Martda və apreldə daha 1,8 milyon doza peyvənd gətiriləcək. Tailandın xəstəliklərə nəzarət departamentinin direktoru Opas Kankavinponq ilk olaraq tibb işçilərinə, COVID-19 xəstələri ilə yaxın təmasda olanlara, 60-dan yuxarı yaşı olanlara peyvənd vurulacağını bildirib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

2 Mart 2021 02:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Aprel 2021 | 07:59
Sabiq prezident iş axtarır

Köhnə versiyamızdan xəbərləri izlə