Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi gənclərlə iş sahəsi ilə bağlı Avropa Şurasının broşür, buklet və nəşrlərinin Azərbaycan dilinə tərcümə, dizayn və çap edilməsi işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR:

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
• İştirak haqqı 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod -210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22
Alan müştəri- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h- AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142330
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-analoji işlərdə təcrübəsi barədə məlumat;
- peşəkarlığı, təcrübəsi,texniki imkanları, idarəetmə səriştəsi və etibarlılığı barədə məlumatlar.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 29 mart 2021-ci il saat 18.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 6 aprel 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 7 aprel 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 2021-ci il martın 1-dən sonra əldə etmək olar.
 

Tender komissiyası

2 Mart 2021 01:49 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Aprel 2021 | 08:01
BİLDİRİŞ
20 Aprel 2021 | 04:56
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə