Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər xalçalarımızı da öz adlarına çıxmaq istəyirlər

“Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın azərbaycanlı xalçaçıları tərəfindən toxunan milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti falsifikasiyasıdır. Çox güman ki, kolleksiya 1992-ci il Şuşanın işğalı zamanı azərbaycanlıların evlərində qalan xalçalardan ibarətdir.”
Bu fikirləri İrəvanda Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda Şuşa Xalça Muzeyindən ötən ilin noyabrın 1-də çıxarılan xalçalardan təşkil olunacaq sərginin keçirilməsinə münasibət bildirən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova söyləyib.
Direktor bildirib ki, xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.
Ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan toxumunu dünyaya yaymağa nail olmuşlar. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır. XIX əsrdə azərbaycanlıların xalça toxuculuğuna rişxəndlə yanaşan ermənilərin törəmələrinin bu gün XXI əsrdə Azərbaycan xalçalarına iddia irəli sürməsi mədəni irsimizə qarşı növbəti təcavüzdür.
 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti"

2 Mart 2021 01:47 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə