Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərb bölgəsində Xocalı qurbanlarının xatirəsi yad edildi

Gəncə
Faciənin ildönümü ilə əlaqədar Gəncədə anım tədbiri və ağacəkmə aksiyası keçirilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolas İaşvili, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı qəsəbədə ucaldılan “Xocalı” abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Niyazi Bayramov Xocalı sakinləri ilə görüşüb, onlara başsağlığı verib.
Qeyd edək ki, “Xocalı” abidəsinin ziyarəti gün ərzində idarə, müəssisə və təşkilatlar, habelə şəhər sakinləri tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilib.
Daha sonra ağacəkmə aksiyası təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib.
Aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak ediblər. Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğun ağaclar əkilmiş, onlara qulluq göstərilmişdir.
Goranboy
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboy rayonunda da Xocalı soyqırımı şəhidlərinin xatirəsinə 613 ədəd ağac əkilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımında erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülmüş 613 şəhidin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən bu aksiyada rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Aksiya pandemiya dövrünün tələb və qaydalarına uyğun təşkil olunmuşdur.
Tədbir zamanı 613 ədəd müxtəlif növ, o cümlədən 263 yerli xurma (xirnik), 150 alma, 90 ərik, 60 iydə və 50 heyva ağacı əkilmişdir.
Gədəbəy
Gədəbəy Rayon İcra Hakimiyyətinin, Gədəbəy Rayon Heydər Əliyev Mərkəzinin, Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Xocalı gənclərin gözü ilə” adlı rəsm müsabiqəsində fərqlənmiş şəkillərdən hazırlanmış sərgiyə baxış keçirilmiş və müsabiqədə qalib gəlmiş məktəblilər Hüseynli Nübar Süleyman qızı 1-ci yer, Tağıyeva Gülər Rinad qızı 2-ci yer, Əliyeva Sevda Rövşən qızı 3-cü yer tutaraq diplom və hədiyyələrlə mükafatlandırılmışdırlar.
Qaliblərə mükafatları təqdim edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev demişdir ki, bəşər tarixində görünməmiş bir cinayəti rəsm əsərlərinin, necə deyərlər, dili ilə təqdim etməyin özü vətənpərvərliyin bir nümunəsi olmaqla yanaşı, dünya ictimaiyyətinə təbliğat vastəsidir, mesajdır. Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Gədəbəy gənclərinin bu işi təqdirəlayiqdir.
Tovuz
Tovuz Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn formatda müşavirə keçirilmişdir.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və ictimai fəallar iştirak etmişlər.
Xocalı soyqırımına məruz qalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov demişdir ki, bu il biz Xocalı soyqırımının ildönümünü xüsusi bir tarixi şəraitdə qeyd edirik. Nəhayət 29 ildən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və 2020-ci ilin 8 noyabrı Azərbaycan tarixinə Zəfər tarixi kimi əbədi həkk olundu. Qısa zamanda düşmənin darmadağın edilməsi ilə Xocalı qurbanlarının, həmçinin birinci Qarabağ müharibəsində həyatlarını itirən insanların hamısının qisası alındı.
Tədbirdə rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva “Xocalı soyqırımı bəşəri faciədir”, rayon təhsil şöbəsi müdirinin müavini Məhəbbət Hüseynova “Xocalı harayı”, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi rayon filialının sədri Əli Əliyev “Xocalı faciəsindən Böyük Qələbəyə doğru” mövzularında çıxış etmişlər.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

2 Mart 2021 01:36 -
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə