Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistanlı deputat: Xocalı soyqırımı tarixin qara ləkəsidir

Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib. Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Pakistan Senatının və Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvlərini və iştirakçıları salamlayaraq bildirib ki, Xocalı bizim qəlbimizdə daimi bir ağrıdır. Çünki erməni silahlı qüvvələri uşaq, qadın, yaşlı demədən, soydaşlarımızı qətlə yetirib, ağır işgəncələrə məruz qoyublar. Xocalı şəhəri yer üzündən silinib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bu insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiklərini etiraf edib.

Q.Paşayeva diqqətə çatdırıb ki, bizim əsas məqsədimiz bu soyqırımını törədənlərin ədalət məhkəməsində cavab verməsidir. Bu soyqırımı azərbaycanlılara qarşı törədilmiş və insanlıq əleyhunə bir cinayətdir. Dünyanın bu soyqırımını tanıması, həqiqətləri bilməsi üçün qardaş və dost ölkələrə ehtiyacımız var. Bu baxımdan Pakistana təşəkkür edirik ki, bu qardaş ölkə həmişə Azərbaycanın yanında olub. Biz bu mənəvi və siyasi dəstəyin davamlı olacağına inanırıq.
O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə zamanı işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdikləri vandalizmi görmələri üçün pakistanlı deputatları ölkəmizə səfərə dəvət edib.
Pakistan Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun üzvləri xanım Şaza Xavaca və Farrux Xan bildiriblər ki, ermənilərin Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı Pakistan bir sıra bəyanatlarla çıxış edib. Milli Assambleyanın üzvləri Xocalı soyqırımı zamanı qətlə yetirilimiş azərbaycanlılara Allahdan rəhmət diləyiblər və bu ağır cinayəti törədənlərin cəzalarına çatacağına əminliklərini bildiriblər. Pakistanlı deputatlar beynəlxalq təşkilatlarda Pakistana verilən dəstəyə görə Azərbaycana təşəkkür ediblər.
Milli Məclisin deputatları Ceyhun Məmmədov, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Sadiq Qurbanov və Ülviyyə Həmzəyeva bildiriblər ki, Azərbaycan bir tolerantlıq nümunəsidir. Ermənistan isə işğal etdiyi Azərbaycan torpaqlarında məscidləri, tarixi abidələri məhv edib. Deputatlar vurğulayıblar ki, Xocalı soyqırımı heç vaxt unudulmayacaq, Azərbaycan xalqının qan yaddaşında əbədi qalacaqdır.
Görüşdə çıxış edən Pakistan – Azərbaycan dostluq qrupunun rəhbəri Talha Mahmud, senatorlar Şahzad Vasim, Ayeşa Raza Faruq və Nuzhat Sadiq bildiriblər ki, Xocalı soyqırımı tarixin qara ləkəsidir. Erməni silahlı qüvvələrinin günahsız mülki vətəndaşları öldürmələri bəşəriyyətə qarşı törədilmiş cinayətdir, soyqırımdır. Bir sıra ölkələr, o cümlədən Pakistan bunu soyqırımı kimi qəbul edib. Onlayn tədbirə yekun vuran Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu görüşə görə hər iki tərəfin deputatlarına təşəkkür edib.
 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

2 Mart 2021 00:59 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə