Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir

Rusiya, İrəvan hadisələrindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir. Federasiya Şurasının sədri Valentina Matviyenko bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində bildirib.

“Biz Ermənistan liderlərinin məsuliyyətli olduqlarına çox ümid edirik, çox inanırıq – hansı hadisələrin baş verməsindən asılı olmayaraq davamlılıq olmalıdır (Dağlıq Qarabağla bağlı Bəyanatın həyata keçirilməsində - red.) Bu bəyanata zidd olacaq hər hansı bir hərəkət, hər hansı bir addım böyük bir faciəyə səbəb ola bilər, buna yol vermək olmaz”, – deyə o bildirib. Spiker, sazişin bağlanmasının Qafqaza sabitlik gətirdiyini xatırladıb.
“Proseslər davam edir, onlar sadə deyil, mürəkkəbdirlər və hər gün bu və ya digər nüanslar yaranır. Lakin əsas odur ki, saziş əldə edildi və indi əldə edilmiş razılaşmalarla tam bir şəkildə uyğun olaraq davam etdirilməsinə çalışmalıyıq”, – deyə V.Matviyenko vurğulayıb.
O, Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən imzalanan üçtərəfli sazişin bağlanmasının silahlı qarşıdurmanın inkişafının, insan tələfatının qarşısının alınması baxımından çox əhəmiyyətli bir hadisə olduğunu və Rusiya Prezidentinin böyük şəxsi xidməti olduğunu, onun kompromis tapmaq və razılığa gəlmək bacarığının nəticəsi olduğunu xatırlatdı.
“Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına daxil olması bu bölgədə sabitlik və dinc həyata qayıdış üçün şərait yaratdı. Sülhməramlı qüvvələrimiz mənzillərin və binaların minalardan təmizlənməsi, yenidən qurulması üzrə böyük bir iş görürlər, hər iki tərəfdən qaçqınlara evlərinə təhlükəsiz şəkildə qayıtmasına kömək edirlər və sabitliyin güclü amilidirlər”, – deyə Federasiya Şurasının spikeri qeyd edib.
AZƏRTAC

2 Mart 2021 00:03 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə