Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Niderlanddakı soydaşlarımız növbəti erməni saxtakarlığını ifşa edib

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun tam qələbəsini həzm edə bilməyən erməni millətçiləri təxribat fəaliyyətlərini davam edirlər.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Niderlandda fəaliyyət göstərən və faşist Qaragin Njdenin adını daşıyan radikal erməni təşkilatı yenidən təxribata əl atıb.

Niderlanddakı Azərbaycan səfirliyinin qarşısında qondarma və uydurma “soyqırımları anımı” aksiyasına çağırış məqsədilə sosial şəbəkələrdə və öz internet səhifələrində istifadə etdikləri elan posterində Azərbaycanın ən qanlı səhifəsi olan Xocalı soyqırımının qurbanlarını ermənilər kimi təqdim ediblər.

Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev və digər fəal azərbaycanlılar ciddi araşdırmalar apararaq, ermənilərin yalanına qarşı dərhal reaksiya veriblər. Soydaşlarımız qısa zamanda sosial şəbəkələrdə kompaniyaya başlayaraq, Niderland, İtaliya və Avropanın digər ölkələrində yaşayan həmyerlilərimizlə bərabər səhifənin şərh və mesaj bölümünə yüzlərlə şərh və mesaj yazaraq həmin paylaşımı sildirməyə nail olublar.

1 Mart 2021 21:24 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə