Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Microsoft Word və Microsoft PowerPointdə çoxdan gözləniən yenilik tətbiq edildi

Microsoft Word və Microsoft PowerPoint-ə çoxdandır ki, gözlənilən ötürmə xüsusiyyəti əlavə edilib. Bununla əksər istifadəçilərin sənədləri təqdimata çevirmək üçün işlətdiyi üçüncü dərəcəli alətlərə, həmçinin Office və PowerPoint-ə xeyli vaxt sərf etməyə ehtiyac qalmayacaq.

 "Xalq qəzeti" xəbər verir ki, yeni Office 365 xüsusiyyəti ilə Microsoft ofis proqramları arasında inteqrasiya genişlənəcək. Yenilik nəticəsində Word sənədləri asanlıqla PowerPoint təqdimatına çevrilə biləcək.

Xüsusiyyətin hələlik yalnız ingilisdilli sənədlərə tətbiq edildiyi və bütün brauzerlərlə uyğun olmadığı deyilir. Uyğun olmayan brauzerlər arasında isə Internet Explorer və Safari də var. Funksiyanın yaxın gələcəkdə bütün istifadəçilər üçün aktivləşdiriləcəyi gözlənilir.

1 Mart 2021 18:45 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə