Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın üzərinə sirr pərdəsi çəkdiyi bölgədə nələr var?

İllərdir daxilində nələrin olduğu naməlum qalan 51-ci paralel haqqında dəqiq bir məlumat almaq, demək olar ki, imkansızdır. Əlimizdən gələn tək şey faktları bir araya toplamaq və orada nə baş verdiyini anlamağa çalışmaqdır.
51-ci paralel Las-Veqasdan 153 km şimalda yerləşən Qrum gölü yaxınlığında olan Nevada çölündə yerləşir. Bölgəyə ən yaxın yaşayış yeri şimaldakı Reyçel qəsəbəsidir. Bu, bölgəyə giriş qadağandır. Bölgə “Hava qüvvələri uçuş-sınaq məntəqəsi” adlandırılsa da, hələ də “Area 51” olaraq tanınır. Çünki 50-ci illərdə test xəritələrində ərazi belə qeyd edilmişdi və hər kəs ərazini bu adla tanımışdır. “51-ci Bölgə”nin təhlükəsizliyini “Cammo Dudes” adı verilən bir qrup yerinə yetirir. İnsanlar müəyyən bir zamandan sonra onları görür. Həmin qrup ora yaxınlaşan insanlara bölgəni tərk etmək üçün xəbərdarlıq edirlər. Əgər xəbərdarlığa riayət olunmasa, pul cəriməsi kəsilir. Bölgəyə daxil olan şəxslər daha da irəli getsələr, onlar öldürülür. Peyk xəritəsindən baxdıqda çox adi görünən bölgənin yerin altında 40 mərtəbədən ibarət mərkəzləri yerləşir. 
Bir çox UNO mütəxəssislərinin fikrincə, ­1960-cı illərdə dünyaya gələn və düşən bir UNO-nun qalıqları ilə yadplanetlilərin bədənləri bu bölgədə saxlanılır. Həmin mütəxəssislər hesab edirlər ki, hazırda ABŞ hökuməti bu bölgədə yadplanetlilər üzərindəki araşdırmalarını davam etdirir. Dövlət uzun illər bölgə ilə bağlı heç bir açıqlama verməsə də, “LA Times”a müsahibə verən 5 işçinin dedikləri bir müddət çoxlarını təəccübləndirdi. Müsahibə verən səlahiyyətlilər bildiriblər ki, “Area 51”-də UNO deyil, çox məxfi casus təyyarələri üzərində araşdırmalar aparılır. Həmin casus təyyarələrindən biri səsdən 3 qat sürətli uça bilən və xüsusi təchizatı sayəsində heç bir radara düşməyən gizli “A-12 OXCART” təyyarəsidir. Lakin çoxları buna inanmır. Amerikada hər 10 nəfərdən 7-si “51-ci Bölgə”də UNO-ların olduğuna inanır.
1947-ci ildə “Roswell UNO” qəzası zamanı tapılan yadplanetli cəsədinin bölgədə saxlanıldığı iddia edilir.
Bu gün ABŞ-ın yüksək texnoloji silahlara və texnikaya sahib olmasının səbəbi kimi 1947-ci il iyulun 8-də baş vermiş “Roswell UNO” qəzası göstərilir. 1947-ci il tarixində “New Mexico” əyalətinin Roswell qəsəbəsində qəzaya uğrayan yadplanetlilərin tədqiq edən mütəxəssislər, araşdırmalardan sonra UNO-nun istifadə etdiyi texnologiyanı öyrənmişlər.
Hər kəsə maraqlı olan isə “51-ci Bölgə”ni bu qədər qorumağa vadar edən səbəbin nə olmasıdır. Bu barədə çox fərqlı fərziyyələr var. Bəzi şayiələrə görə, ərazidə çox məxfi casus təyyarələri üzərində araşdırmalar aparılır. Bu qədər ön texnologiyanın varlığı insan ağlına şübhələr salır. Xüsusən də, 1947-ci ildə baş vermiş qəza və daha sonra SSRİ-nin yayımladığı peyk şəkilləri şübhələri artırır. Hərbi texnologiyalarla bağlı başqa bir iddia isə bölgədə bomba testlərinin aparılmasıdır. Bölgədə göbələk formasında partlayışlar gördüyünü iddia edənlər var. Ərazidə yüksək radiasiya, şüalanmanın olması bu versiyanı daha da gücləndirir.
1989-cu ildə Robert Lazar adlı bir nəfər müsahibəsində 51-ci bölgədə yadplanetlilərdən əldə edilən UNO texnologiyalarından yararlanaraq, yeni hərbi helikopterlərin yaradıldığını demişdi. Lazarın dediyinə görə, müxtəlif zamanlarda 9 UNO ələ keçirilib. Ancaq bu deyilənlər də öz təsdiqini tapmadı. 
İllərdir güclü şəkildə qorunan bölgəyə girdikdə öldürülən insanlar, yaxınlıqdakı səhrada yerləşdirilən kameralar 51-ci paralelin sirlərinə marağı daha da artırır. 
“Soyuq müharibə” illərində gizli əməliyyatların aparıldığı bölgə, uzun illər hər kəsin marağına səbəb oldu və bu da müxtəlif şayiələrin ortaya çıxmasına gətirib çıxardı. SSRİ-nin 1957-ci ildə göndərdiyi peyk ilə çəkilən şəkillər də bölgədə baş verənləri diqqət mərkəzində saxlamağa sövq edirdi. 
Bölgəyə davamlı olaraq ağ tırlar gəlir. Ancaq onların haradan gəldiyi və nə gətirdiyi bəlli deyil. Bölgədəki fərqli və özünəməxsus qərarlar fərziyələrə inanmaq istəyini daha da artırır. Gəlin, bəzi məqamlara nəzər salaq.
Bölgənin ətrafında addımbaşı “Diqqət, giriş qadağandır” “şəkil və video çəkiliş qadağandır” tipli yazılara məhəl qoymayanlar cəzaya məruz qalır. Hal təkrarlanarsa, öldürülür. Bölgəyə gələn nəqliyyat vasitələrinin hər biri ağ rəngdədir. Bəzilərinin nömrə yerinə 0, bəzilərinə isə heç nə yazılmayıb. Qapılarda elə çox hərəkət olmur, sadəcə bəzi dəqiqləşdirilmiş saatlarda giriş-çıxışa icazə verilir. Bölgəyə gəlib gedən “ servis bus” deyilən avtobusun da haradan gəldiyi məlum deyil.
İllərlə bölgənin varlığını inkar edən hökumət 2013-cü ildə rəsmi şəkildə obyektin varlığını etiraf etdi. Amma, yadplanetlilərlə bağlı fərziyyələr inkar edilir. ABŞ rəsmiləri bölgənin “U-2 casus proqramı” nın bir hissəsi olduğunu bildirdilər. Bu açıqlamalardan sonra sosial şəbəkə gündəmini zəbt edən mövzuya münasibət bildirənlərin əksər hissəsi bu açıqlamanın fikir sapdırması olduğunu deyirdi. 
Əvvəldə vurğuladığımız kimi ərazi haqqında dəqiq məlumat vermək imkansızdır. Boyd Buşman 51-ci bölgədə işləmişdir, onun ölümündən bir müddət öncə çəkdiyi videogörüntü gündəmi zəbt etmişdir. O, ABŞ rəsmiləri tərəfindən inkar edilən bölgədə, yadplanetlilər üzərində araşdırma aparan əməliyyatçı qrupun olduğunu demişdir. O, iki cür – insanlara yaxın və insanlara düşmən mövqedə olan yadplanetlilər olduğuna işarə edir. Onun açıqladığı ən səs-küylü fikir isə, “51-ci bölgədə olan yadplanetlilərin yaşının 250-dən çox olduğu və bunların 18-nin Amerika üçün çalışması” olmuşdur. 
Obamanın mətbuat katibi olmuş Con Podesta 2015-ci il fevralın 13-də şəxsi “Twitter” hesabında “Amerikanın 51-ci bölgədəki” yadplanetli sənədlərini mətbuata açıqlaya bilməməyim ən böyük uğursuzluğumdur” – deyə bir twit yazmışdır. 
Bölgə haqqında müxtəlif filmlər çəkilmişdir. Lakin “Dreamland”, “Paul”, “Alien 51”, “The Signal”, “Lilo and Stitch”, “Independence Day” kimi filmlərdə də dəqiq bir məlumat verilməmişdir.

Kamal HÜSEYNOV,
BDU-nun jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi

27 Oktyabr 2018 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə