Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmtahan qrafiki namizədlərin elektron səhifələrinə göndərilib

6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil ediləcək.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, imtahanların keçiriləcəyi yer və qrafik barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 3300-dən çox namizədin iştirakı nəzərdə tutulub.

İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.

1 Mart 2021 16:24 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə