Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda ən populyar axtarış sistemləri məlum olub

Azərbaycanda ən çox istifadə olunan axtarış sistemi Google-dur. Sözügedən axtarış matorunun qlobal miqyasda Azərbaycan üzrə bazar payı 96.13%-dir. "Global Stats" analitik şirkətinin məlumatına görə, Azərbaycan üzrə ikinci ən çox bazar payı olan axtarış sistemi YANDEX RU-dur – 2.24%. Üçüncü yerdə gələn YANDEX isə 0.64% paya sahibdir.

 "Xalq qəzeti" xəbər verir ki, digər axtarış sistemlərinin "bing", "Yahoo!" və “Mail.ru”nun müvafiq olaraq 0.36%, 0.32% və 0.22% bazar payı var. 

Dünya üzrə də ən çox müraciət olunan axtarış sistemi Google-dur. Google qlobal miqyasda 92.04% paya sahibdir. İkinci sırada 2.7%-lə "bing" gəlir. Üçüncü yeri isə 1.47%-lə "Yahoo!" tamamlayır.

1 Mart 2021 18:49 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə