Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qızıl qlobus” mükafatçıları məlum olub

Amerika Birləşmiş Ştatlarında “Qızıl qlobus” mükafatının 78-ci mükafatlandırma mərasimi keçirilib.

"Xalq qəzeti" “RİA Novosti”yə istinadən xəbər verir ki, “Ən yaxşı dramatik film” nominasiyasında Xloui Çjaonun “Köçərilər torpağı” filmi qalib olub.

“Birləşmiş Ştatlar Billi Holideyə qarşı” filmindəki roluna görə Andra Dey “Dram üzrə ən yaxşı qadın rolu” nominasiyasında fərqlənib.

“Dram üzrə ən yaxşı kişi rolu” nominasiyasında isə ölümündən sonra aktyor Çedvik Bouzman seçilib.

Ceyson Uolinerin “Borat 2” ekran işi “Ən yaxşı komediya” nominasiyasında qalib olub.

“Qızıl Qlobus”un fikrincə, ötən ilin ən yaxşı ssenarisi Aaron Sorkinin “Çikaqo yeddiliyinin məhkəməsi” işinə görə olub.

“Ən yaxşı mini serial” nominasiyasında “Kraliçanın gedişi”, “Ən yaxşı dramatik serial” nominasiyasında “Tac”, “Ən yaxşı komediya serialı” nominasiyasında “Şitts Krik” serialları seçilib.

İkinci plan roluna görə Deniel Kaluya və Cudi Foster fərqləniblər. Xarici dildə ən yaxşı film Amerika rejissoru Li Ayzek Çunun “Minari” , ən yaxşı animasiya isə “Ruh” filmləri olub.

“Qızıl Qlobus” 1944-cü ildən başlayaraq hər il, 20-dən çox kateqoriyada təqdim olunur. Kino dünyasında nüfuzlu mükafatlardan hesab edilir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq  qəzeti”

1 Mart 2021 15:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə