Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın əleyhdarları hökumət binasına soxulublar

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəqiblərindən bir dəstəsi Yerevanın mərkəzində yerləşən hökumət binasına soxulub.

"Xalq qəzeti" Ermənistan KİV-inə istinadla xəbər verir ki, binada bir neçə nazirliyin ofisi yerləşir. Birinci mərtəbədəki foyedə aksiya keçirən müxalifətçilər nazirlik əməkdaşlarını Paşinyan tərəfdarlarının mitinqində iştirak etməkdən çəkinməyə çağırıblar. Onlar baş nazirin istefası tələbi ilə şüarlar səsləndirərək binanı tərk ediblər. Aksiya iştirakçıları bildiriblər ki, onların məqsədi istənilən nazirliyə girə biləcəklərini göstərməkdir.

Xatırladaq ki, Ermənistanda fevralın 25-də başlayan siyasi böhran davam edir. Böhrana baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən kənarlaşdırılması səbəb olub.

1 Mart 2021 14:27 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə