Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb

Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-10° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5°, gündüz 6-9°, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

 

1 Mart 2021 18:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə