Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"AzerGold" ixrac gəlirlərini yanvarda 5%-dən çox artırıb

"AzerGold" QSC 2021-ci ilin yanvar ayı ərzində 9,9 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, aylıq müqayisədə isə (2020-ci ilin dekabr ayı ilə) şirkətin ixracı dəyişməz olaraq qalıb.

"AzerGold" QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1 047 nömrəli Sərəncamına əsasən təsis edilib.

QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

1 Mart 2021 13:57 - İQTİSADİYYAT
İQTİSADİYYAT
17 Aprel 2021 | 11:50
Azərbaycan nefti bahalaşıb
17 Aprel 2021 | 10:19
Neftin qiyməti ucuzlaşıb
16 Aprel 2021 | 09:36
Neft bahalaşmağa davam edir
16 Aprel 2021 | 09:30
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə