Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan peyk xidmətlərinin ixracını 8% artırıb

2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə 1,98 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə ixracın dəyəri 8% artıb.

ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib.  “Azərkosmos” ASC-nin 2021-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, BƏƏ, Pakistan və Türkiyədir.

1 Mart 2021 12:59 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə