Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı-Tbilisi- Qars dəmir yolu ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb

Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb.

ADY Konteyner” MMC-dən "Xalq qəzeti"nə verilən məlumata görə,  Kösəköy stansiyasından  yola çıxan konteyner blok qatarının son təyinat məntəqəsi Çinin Sian şəhəridir.

“Qatar hər biri 40 futluq olmaqla  41 konteynerdən ibarətdir. Yükü isə Türkiyə istehsalı olan elektrik avadanlıqlarıdır. Qatar Bakı-Tbilisi- Qars dəmir yolu ilə hərəkət edərək Bakıya çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq. Daha sonra isə yolunu dəmir yolu ilə davam etdirəcək. Bu, qardaş ölkədən dünyanın ən iri iqtisadiyyatlarından biri olan Çinə yola salınan  sayca üçüncü ixrac qatarıdır”, - MMC-dən bildirilib.

1 Mart 2021 12:38 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 Aprel 2021 | 09:54
"Azeri Light" nefti ucuzlaşıb
21 Aprel 2021 | 09:26
AMB-nin valyuta məzənnələri
21 Aprel 2021 | 09:09
Neft yenidən ucuzlaşıb
20 Aprel 2021 | 10:16
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə