Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramov: “Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik”

Azərbaycan “Sıfır ayrı seçkilik” Günündə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulmasının 25-ci ildönümünü qeyd edir.

"Xalq qəzeti" xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı Tvitter hesabında paylaşım edib.

"Multikultural və çoxsaylı etnik qrupların yaşadığı cəmiyyət olaraq bərabərliyə və daha yaxşı gələcək qurmağa sadiqik", - nazir bildirib .

Qeyd edək ki,  BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) İİV-ə ( insanın immunçatışmazlığı virusu) yoluxmuş insanların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması məqsədi ilə 2016-cı ildə martın 1-i “Sıfır ayrı seçkilik” Günü elan edib. Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 95-IQ nömrəli Qanunu ilə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”ya qoşulub.

1 Mart 2021 10:05 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə