Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya ilə ABŞ arasında növbəti gərginlik

RF Xarici İşlər Nazirliyi Silahların Yayılmaması və Nəzarət Departamenti rəhbərinin müavini Andrey Belousov bəyan edib ki, Rusiya ABŞ-la müdafiə müharibəsinə hazırlaşır. Bu barədə o, BMT Baş Assambleyası komitəsinin iclasında deyib. Məlumatı “Lenta.ru” verib. 
Bir qədər əvvəl iclasda çıxış edən Birləşmiş Ştatlar nümayəndəsi bəyan etdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır, mən bunu təsdiq edirəm, – deyə Belousov Moskvanın BMT-də səsverməyə çıxardığı qətnamənin dəstəklənməsindən sonra bildirib. Moskvanın təqdim etdiyi qətnamə orta və yaxın mənzilli raketlərin məhv edilməsi haqqında müqaviləyə dəstək qazanmaq məqsədi daşıyıb. A. Belousov əlavə edib ki, Rusiya özünün ərazi bütövlüyünü, prinsiplərini və ölkə əhalisini qoruyacaq”. 
Belousov bildirib ki, Rusiya ilə ABŞ arasında böyük fərqlər var: “Linqvistik planda da bu fərq istər rus, istərsə də ingilis dilində bir sözlə ifadə edilir: Rusiya Federasiyası müdafiəyə hazırlaşır, ABŞ isə müharibə hazırlayır”. 
Onun sözlərinə görə, ABŞ-ın niyyətləri haqqında onun orta və yaxın mənzilli raketlərin məhv edilməsi haqqında müqavilədən (DRSMD) çıxmaq, nüvə potensialını artırmaq və yeni nüvə doktrinası qəbul etmək barədəki qərarlarına əsasən mühakimə yürütmək olar. 
Xatırladaq ki, oktyabrın 21-də ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton 1987-ci ildə imzalanmış DRSMD-dən çıxır. Buna səbəb kimi, Moskvanın müqaviləni pozmasını göstərir. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

27 Oktyabr 2018 22:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə