Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Perunun paytaxtı Lima şəhərində yerləşən Azərbaycan diplomatik nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 "Xalq qəzeti" xəbər verir ki, Peru Konqresində Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Konqresin beynəlxalq əlaqələr daimi komissiyasının sədr müavini, eləcə də Türkiyə, Ukrayna, Mərakeş səfirləri və diplomatik korpusun digər üzvlərinin iştirakı ilə keçirilmiş tədbirdə ilk olaraq Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfirliyin birinci katibi Mehdi Məmmədov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqda tədbir iştirakçılarına məlumat verib, Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olduğunu, bu faciəyə bir çox dünya ölkələrinin parlamentləri tərəfindən gərəkli hüquqi və siyasi qiymətin verildiyini bildirib və bu xüsusda, 2013-cü ildə Peru Konqresində də Xocalı soyqırımını rəsmi qaydada tanıyan sənədin qəbul edilməsinə görə Peru tərəfinə təşəkkürünü ifadə edib.

Sonra Peru Konqresindəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gilyermo Aliaqa və beynəlxalq əlaqələr daimi komissiyasının sədr müavini Monika Saavedra Oçaran çıxış edərək Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı bildiriblər. Perunun bu faciə ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü söyləyən G.Aliaqa Konqres tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar yayılmış bəyanatın mətnini iştirakçılara çatdırıb.

Sonda iştirakçılara Xocalı soyqırımı haqda qısametrajlı sənədli film nümayiş etdirilib.

1 Mart 2021 09:10 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə