Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Messi rəqiblərini qabaqlayır

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi üçün 2021-ci il uğurlu başlayıb.

Son olaraq La Liqanın 1-ci turundan təxirə salınmış “Elçe” ilə matçda (3:0) dubla imza atan argentinalı hücumçu bu il vurduğu qolların sayını 13-ə yüksəldib. Bununla da o, hazırda Avropanın beş ən böyük liqasında ən çox qol vuran oyunçudur. Otuz üç yaşlı futbolçu “Bavariya”dan Robert Levandovski (12 qol) və “Borussiya”dan Erlinq Haalandı (10 qol) geridə qoymağı bacarıb.

Xəbəri “Eurosport” verib.

 Elçin ABBASOV, “Xalq qəzeti”

28 Fevral 2021 01:11 - İDMAN
İDMAN
17 Aprel 2021 | 08:39
Rekord yenilənib
15 Aprel 2021 | 08:27
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə