Ən son xəbərlər
“BMT-nin Nyu-Yorkdakı baş qərargahının yerləşdiyi ərazi dünya təşkilatına aiddir və Pablo Pikassonun məşhur əsərlərindən olan Gernika kimi Rokfeller ailəsinə qaytarılmayacaq”. Bu bəyanatla BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik çıxış edib.
O deyib: “Bu torpaq bağışlanıb, ona görə bizə məxsusdur və geri qaytarmağımızı istəyə bilməzlər”.
Qeyd edək ki, BMT-nin qərargah binasının yerləşdiyi torpaq sahəsi 1940-cı illərdə milyarder Con Rokfeller tərəfindən təşkilata bağışlanıb.
Xəbəri BBC verib.
Köhnə versiyamızdan xəbərləri izlə