Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yerin rəqəmsal oxşarı hazırlanacaq

Alimlər iqlim dəyişikliyinin modelləşdirilməsi üçün Yerin rəqəmsal oxşarını hazırlayacaq. Belə ki, Yer sistemini gələcəkdə modelləşdirmək məqsədilə hazırlanmış planetimizin rəqəmsal oxşarı ekstremal hallara daha yaxşı hazırlaşmaq istiqamətində müvafiq tədbirlərin görülməsini, ölkələrin siyasətini müəyyənləşdirən şəxslərin dəstəklənməsini nəzərdə tutur. 

“Nat.geo” portalının yaydığı məlumata görə, Avropa alimlərinin və “ETH Zurich” kompüter mütəxəssislərinin hazırladığı yeni strateji sənəddə buna necə nail olmağın üsulları göstərilir.

Bildirilir ki, müşahidə məlumatları Yerin rəqəmsal modelinin təkamül prosesini izləmək və gələcəkdə baş verəcək dəyişikliklərin trayektoriyasını proqnozlaşdırmaq məqsədilə oxşar rəqəmsala daxil ediləcək. Adətən belə müşahidələrin nəticələri havanın və iqlimin modelləşdirilməsində istifadə olunur. Lakin tədqiqatçılar insanın müvafiq fəaliyyətinin yeni məlumatlarını da müşahidələrə əlavə olaraq modelə daxil etmək niyyətindədirlər. Yer sisteminin yeni modeli insanın planetin səthindəki demək olar ki, bütün proseslərə, o cümlədən su mənbələrinə, qida və enerjinin, həmçinin fiziki sistemdəki proseslərin idarə olunmasına təsirini də maksimum real şəkildə əks etdirəcək.

Oxşar rəqəmsal sistem habelə külək və Günəş elektrik stansiyalarının strateji planlaşdırılması üçün də istifadə ediləcək.

Tədqiqatçıların fikrincə, bu baxımdan 1940-cı illərdən bəri davam edən hava şəraitinin sabit inkişafı da nəzərə alınmalıdır. Dünyanın ən böyük kompüterlərində fiziki proseslərin modelləşdirilməsinə ilk olaraq meteoroloqlar başlayıblar. İndiki hava və iqlim modelləri superkompüterlərdən və çoxsaylı digər elmi fənlərdən daha səmərəli istifadə üsullarını müəyyənləşdirmək üçün çox idealdır.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

28 Fevral 2021 00:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib
16 Aprel 2021 | 08:02
Bədbin statistika

Köhnə versiyamızdan xəbərləri izlə