Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ Meşə Meliorasiya İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Borulu keçidin cari təmiri işlərinin satın alınması.
Lot-2. Cari təmir işləri üçün mal-materialların və tinglərin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs – Əhmədov Adil İbrahim oğlu (baş mühəndis)
Ünvan – Bərdə rayonu, Heydər Əliyev prospekti 110
E-mail: [email protected]
Telefon – 020 20 8-54-09
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri –
Qarabağ Meşə Meliorasiya İdarəsi
Bank – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. CTREAZ22
VÖEN – 4000189801
Bank – 19 saylı Regional Xəzinədarlıq İdarəsi
H/h – AZ53CTRE00000000000002355103
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
– tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
– tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində – tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
1. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
1.1. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.
1.2. İddiaçıların fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
1.3. Maliyyə vəziyyəti haqqında bank arayışı.
1.4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına aid arayış.
1.5. İddiaçının nizamnaməsi.
1.6. Dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə).
1.7. İddiaçının rekvizitləri.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 31 mart 2021-ci il saat 12.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 8 aprel 2021-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 9 aprel 2021-ci il saat 12.00-da elektron portal vasitəsilə açılacaqdır.
 

Tender komissiyası

28 Fevral 2021 00:58 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Aprel 2021 | 08:32
BİLDİRİŞ
16 Aprel 2021 | 08:18
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə