Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsi lift ehtiyat hissələrinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot – 1. Lift ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən tender predmeti üzrə öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, iddiaçının maliyyə vəziyyəti və maddi-texniki bazası.
Müqavilədə bütün malların və onlarla bağlı xidmətlərin mənşəyi və harada istehsal olunmaları bildirilməlidir. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Ünvan – Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 97
Əlaqələndirici şəxs – Əliyev Fərhad Əli oğlu
Telefon – ( 012 ) 3791174
Email – [email protected]
İştirak haqqı 100 (bir yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bank – “ABB”-nin Nərimanov filialı
Kod – 805540
VÖEN – 9900001881
M/h – AZ03NABZ01350100000000002944
H/h-AZ35İBAZ38030019449783431206
VÖEN – 2000310381,
S.W.I.F.T: IBAZAZ2X
Tenderdə iştirak üçün aşağıdakı sənədlər “Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin tender komissiyasına təqdim edilməlidir:
– tenderdə iştirak etmək üçün ərizə;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son 1 ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son 1 il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 31 mart 2021-ci il saat 15.00-a, tender təklifini və təklifin bank təminatını isə 8 aprel 2021-ci il saat 15.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.
İddiaçıların təklifləri 9 aprel 2021-ci il saat 15.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın formatı ilə dövlət satınalmalarının vahid internet portalında tanış ola bilərlər.
QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 

Tender komissiyası

28 Fevral 2021 00:49 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Aprel 2021 | 08:32
BİLDİRİŞ
16 Aprel 2021 | 08:18
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə