Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uzunmüddətli işsizliyin ən az olduğu ölkələr

2017-ci ilin yekun məlumalarına əsasən, Avropa İttifaqında (Aİ) uzunmüddətli işsizliyə görə lider olan ölkələrin adları açıqlanıb. Bildirilir ki, Aİ-də uzunmüddətli işsizliyin ən az olduğu ölkələr Çexiya, Böyük Britaniya və İsveçdir. Bu barədə Avropa Statistika İdarəsinə istinadən “Euronews” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, Aİ ölkələrində uzunmüddətli işsizlik səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Lakin İspaniya bu göstərici üzrə 7,7 faizlə ötən il 15,6 faiz nəticənin qeydə alındığı Yunanıstandan sonra ikinci yeri tutur. Digər tərəfdən, İspaniyanın bu göstəricisi 2013-cü ildə qeydə alınan 12,9 faizdən xeyli yaxşıdır.
Qeyd olunur ki, Aİ-nin 28 ölkəsindən 19-da bu göstərici üzrə rəqəmlər orta səviyyədən aşağıdır. Uzunmüddətli işsizliyin ən az olduğu ölkələr Çexiya (1 faiz), Böyük Britaniya (1,1 faiz) və İsveçdir (1,3 faiz).

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

27 Oktyabr 2018 22:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə