Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərsəm xülyaların iflası

Məşhur amerikalı yazıçı və jurnalist, Nobel mükafatı laureatı Ernest Heminqueyin maraqlı fikirlərindən biri də belədir: “Heç bir münaqişə və ya müharibə aydın səbəblə başlanmır. Bu məqsədlə hərə bir bəhanə və yalan uydurur”. Həmin tezis 1988-ci ilin fevralında Azərbaycanın Sumqayıt şəhərində də öz təsdiqini tapmışdı. Çünki ermənilərin Azərbaycana qarşı ərazi iddialarını əsaslandırmaq üçün müəyyən səbəblər “yaradılmalı” idi. SSRİ-nin müvafiq dövlət qurumları həmin səbəbləri məhz ölkəmizin daxilində yaradırdılar. “Erməni xəstəliyi”nə mübtəla olmuş bədnam qonşularımız isə tarixin bütün dönəmlərində olduğu kimi, həmin proseslərdə də alət rolunu oynayırdılar. 

Yeri gəlmişkən, tarixçi və konfliktoloqların tez-tez xatırlatdıqları “erməni şizofreniyası” adlanan psixi xəstəliyin nə zaman yarandığını və haradan qaynaqlandığını öyrənmək üçün bəzi internet resurslarına müraciət etməyi qərara aldım. Məlum oldu ki, bu termini elmi ədəbiyyatda ilk dəfə alman psixiatrı Emil Krapelin (1896) təsvir etmişdir. Qeyd olunur ki, əvvəllər irlandiyalı həkim Katerina Kalbaunun (1872) habefreniya, katatoniya, eləcə də Nyu-Yorkdan olan həkim Kannan Manianın ( bəzi yazılarda bu soyad Manyan kimi göstərilir) paranoid adlandırdığı bu xəstəliyin adı məhz erməni millətindən olan bir qrup xəstə üzərində aparılan müşahidələrə əsaslanaraq dəyişdirilmişdir. Həmin müşahidələr təsdiqləmişdir ki, bu xəstələrdə müəyyən müddətdən sonra ağıl zəifliyinin xüsusi bir forması yaranır.

Bu müşahidələrinə əsaslanan Krapelin adıçəkilən 3 xəstəlik növünə ümumiləşdirilmiş bir ad – erməni ağılzəifliyi (armenian dementia precox) adı vermişdir. Krapelin bu ad altında ümumiləşdirdiyi, əsas nəticəsi ağıl zəifləməsindən ibarət olan bu xəstəliyin əlamətlərini ətraflı təsvir etməklə bərabər, həm də erməni şizofreniyasının müalicəsi üçün xüsusi üsullara ehtiyac olduğunu göstərmişdir.

Həmin materialda əlavə edilir ki, hələ Krapelindən bir neçə il əvvəl tanınmış rus psixiatrı Viktor Kandinski (1849) bu xəstəliyi erməni idiofreniyası, Moskva Universitetinin müəllimi Sergey Korsakov isə (1854) diznoyya adlandırmışdır. O vaxtlar bu məşhur psixiatrlar erməni şizofreniyasının əsas simptomlarını özündə birləşdirən xəstəliyin klinikasını təsvir etmişlər. Bu əlamətlərə emosiya və iradənin pozulması, nitqin əlaqəsizliyi, idiotizm səciyyəli sayıqlamalar irəli sürülməsi, insanları öldürmək, boğmaq, doğramaq və işgəncə vermək istəyi aid edilə bilər. Maraqlıdır ki, həmin əlamətlərin hamısı təkcə Nikol Paşinyanda deyil, bütün ermənilərdə var.

Qərəz, 1988-ci il fevralın son günlərində Sumqayıtda məlum iğtişaşların törədilməsinin müəllifləri bu iki amildən – erməni şizofreniyasından və ermənilərin alətə çevrilmək keyfiyyətindən kifayət qədər bəhrələnmişdilər. Həmin hadisələr barədə olan rəsmi məlumatlarda oxuyuruq ki, bu iğtişaşlar SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Əsrlər boyu qonşuluqda yaşayaraq, ölkəmizə qarşı məkirli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atdılar. Diqqət yetirin. Yenə də layihənin müəllifləri görünmür, ancaq xəstə və icraedici ermənilər ortaya atılırdı.

Məqsəd isə dünya ictimaiyyətində daha bir yanlış rəy formalaşdırmaq, antiAzərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə, əslində, yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyuldu. Ancaq unudurdular ki, orta əsrlərdən fərqli olaraq, XX əsrin sonlarında heç bir təxribatı dünya ictimaiyyətindən gizlətmək mümkün deyil. Sumqayıt hadisələrinin detallarını da gizlədə bilmədilər. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilmiş Eduard Qriqoryan olduğunu sübut etdi. Məlum oldu ki, Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

Ermənilərin və SSRİ DTK-sının məhz Sumqayıtda fəallaşması da təsadüfi deyildi. Belə ki, 1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutulmuşdu.

Bu məqamdan bəhrələnən erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən etiraz aksiyası iğtişaşa doğru təhrik edilmişdi. Bu faktları sıravi adamlar və ya Sumqayıtın məsul şəxsləri deyil, məhz iğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən aparılan təhqiqatlar ortaya çıxarmışdı. Xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradılmışdı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edilmişdi.

Çox təəssüf ki, SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilərək məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri “müəyyən edilmədi”.

Ona görə “müəyyən edilmədi” ki, həmin hadisələrin əsas təşkilatçısı və icraçısı ermənilər idi. Ermənipərəst Mixail Qorbaçovun rəhbərlik etdiyi ölkədə Qriqoryanların cəzalandırılması o qədər də asan məsələ deyildi. Hamı görmüşdü ki, Eduard Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm!”, “ardımca!” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib.

Mixail Qorbaçovun siyasətindəki milli ayrı-seçkilik eybəcərliyi Sumqayıt hadisələrindən dərhal sonra daha açıq şəkildə özünü göstərmişdi. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra --1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülmüşdü. Yəni DTK öz agentini sovet qanunlarının tələb etdiyi cəzadan qurtarmışdı.

Ancaq zaman bütün hakimlərdən və hökmverənlərdən ədalətlidir. İnanırıq ki, ermənilərin 30 ilə yaxın müddətdə işğalda saxladıqları torpaqlarımızı düşmən tapdağından azad etməyi bacaran Azərbaycan dövləti bu torpaqlarda bərpa və quruculuq işlərini də yüksək səviyyədə reallaşdıracaq.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

28 Fevral 2021 01:22 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə