Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Silahlı terrorçuların “hərbi əsir” adlandırılması yolverilməzdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün təşkil edilən mətbuat konfransı, sözün həqiqi mənasında, dünyanın əksər ölkələrində maraqla qarşılandı. Çünki bu tədbir 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqların nədən ibarət olduğunu və həmin məsələlərə Azərbaycanın münasibətini aydınlıqla ortaya qoydu. Təbii ki, mətbuat konfransının materialları ilə tanış olan hər kəs orada səsləndirilən arqumentlərin biri və ya bir neçəsi barədə söz açmaq istəyəcək. Mən isə cənab Prezidentdən eşitdiyim. “Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz” arqumentini daha çox qabartmaq istəyirəm. Çünki ermənilər və onların havadarları cidd-cəhdlə çalışırlar ki, bilavasitə qan tökmək, kimlərisə öldürmək üçün məlum razılaşmadan sonra ərazilərimizə soxulmuş həmin silahlı terrorçular da hərbi əsir adlandırılaraq, Ermənistana qaytarılsın.

Mətbuat konfransında “Ukraina-24” telekanalı əməkdaşının : “ Bilirəm ki, döyüş əməliyyatları başa çatandan dərhal sonra pozucu təxribat – partizan fəaliyyəti cəhdləri olmuşdu. Bu məsələni necə həll etdiniz?” – sualını cavablandıran dövlət başçımız dedi ki, döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil.
Azərbaycan Ordusunun sayıqlığını, əraziyə nəzarət edən texniki imkanların mükəmməlliyini nəzərə çatdıran dövlət başçımız dedi: “Hərbi əməliyyatlar başa çatandan sonra biz aşkar etdik ki, arxa cəbhənin dərinliyində erməni silahlı dəstələri var. Əvvəlcə, aldığımız məlumata görə, bu adamlar azıb mühasirədən çıxa bilməyənlərdir. Azərbaycan hərbi qulluqçuları onların azdıqlarını zənn edərək, bir müddət sülhməramlı missiya ilə birlikdə həmin adamlara kömək göstərməyə və onları geri qaytarmağa çalışdılar. Lakin məlum oldu ki, bu, belə deyilmiş. Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur. Bu təxribatlar və terror aktları nəticəsində bizim hərbi qulluqçulardan dörd nəfəri və bir nəfər mülki şəxs – mobil operator şirkətinin nümayəndəsi həlak olub”.
Təbii ki, Azərbaycan tərəfi əks-terror əməliyyatı aparmış və nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirilmiş, 60-dan çoxu isə tutulmuşdur. İndi Ermənistan rəhbərliyi onları hərbi əsir adlandırmağa çalışır. Göründüyü kimi, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Prezident dəfələrlə dediyi bir fikiri yenidən təkrar etdi ki, bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq: “Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir”.
Fikrimizcə, Ermənistan rəhbərliyi bu məsələdə də əsrlər boyu əl çəkə bilmədiyi xəyanət, saxtakarlıq, yalan, hiylə və fitnəkarlıq kimi ənənəvi keyfiyyətlərindən “bəhrələnməyə” çalışır. Amma artıq gecdir. Çünki dünya Azərbaycanın ərazi bütövlüyünü də tanıyır, dövlətimizin qələbəsini də alqışlayır və erməni yalanlarının hər addımda ifşa olunduğunu da görür. Ona görə də başkəsən terrorçulara “hərbi əsir” donu geyindirilməsi kimi ucuz şou baş tutmayacaq. Bundan sonra ya sakitcə öz ölkələrində oturacaqlar, ya da, istənilən səhv addımların cəzasını alacaqlar. Həmin 62 terrorçunun taleyinə gəlincə isə hamı bilir ki, onların cəzasız qalması xəstə təxəyyüllü ermənilərin iştahasını artıra bilər.
 

Baba BABAYEV,
filologiya elmləri doktoru

28 Fevral 2021 00:59 -
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə