Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident əsl mənada siyasət dərsi verdi

Dünən Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransına Azərbaycan Televiziyasının canlı yayımında böyük maraqla tamaşa etdi. Dövlət başçısı 4 saat ərzində jurnalistlərin 50 sualına böyük səbr və təmkinlə cavab verdi və 44 günlük Vətən müharibəsində olduğu kimi, ermənilərin mülki vətəndaşlarımıza qarşı törətdikləri Xocalı soyqırımının 29-cu ildönümündə də Ermənistanın işğalçılıq, terrorçuluq siyasətini ifşa etdi. Azərbaycan ziyalıları da Prezidentin çıxışından ciddi təsirlənərək öz münasibətlərini bildiriblər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib:
– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici ölkələrin kütləvi informasiya vasitələri üçün videoformatda keçirdiyi mətbuat konfransını diqqətlə izlədim. Xarici jurnalistlərdən birinin sual verməzdən öncə sözü belə oldu ki, cənab İlham Əliyev mətbuat konfransı keçirmək baxımından rekord qırır. O, eyni zamanda bildirdi ki, neçə illik jurnalistlik təcrübəsində ilk dəfədir ki, bu qədər uzun müddət ərzində davam edən mətbuat konfransında olur. Açığı, xanım jurnalist bu fikirlərini bildirməyənədək heç məsələnin fərqinə varmırdım.
Dövlət başçımızın keçirdiyi mətbuat konfransının davamiyyət müddəti 4 saatdan artıq oldu. Sualların sayı 50 idi. Prezident 50 sualın hər birinə dolğun və ətraflı cavab verdi. Amma onu da düşünürəm ki, bu mətbuat konfransı yalnız vaxt müddətinin uzunluğu deyil, eyni zamanda suallara cavabların əhatəliliyi baxımından tarixə düşəcək bir tədbirdir.
Bu konfrans Azərbaycan və regionla bağlı həm tarix, həm də siyasət dərsi idi. Prezident sözün əsl mənasında dərs verirdi. O dərsdə Azərbaycanın dünəni və bu günü səhifə-səhifə vərəqlənirdi. O dərsdə Azərbaycan bir əzəmət və vüqar simvolu idi. Nəhayət o dərs əsl dövlət adamının, liderin püxtələşmiş obrazının təntənəsiydi. Arxayın, təmkinli, hər sözü, hər kəlməsi dünyaya bir mesaj olan, hər sözü ilə siyasi hikmət aşılayan liderin. Qürur duydum.


Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

28 Fevral 2021 00:48 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə