Ən son xəbərlər
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Sakit okeanda hava hücumundan müdafiə sistemlərinə aid olan yeni “SM-3 Block IIA” raketlərini uğurla sınaqdan keçirib.
Qeyd edilir ki, ABŞ HDQ-nin keçirdiyi sınaqda “Aegis” raket hücumundan müdafiə sistemi ilə təchiz edilmiş Con Fin esminesi iştirak edib. Yeni sistem Havay adalarından buraxılan ballistik raketi uğurla məhv edə bilib.
Qərb mətbuatı artıq yeni raketin bəzi özəllikləri haqqında məlumat yayıb. Belə ki, bu raketlərin yalançı hədəfləri müəyyən edən sensorlarla təchiz edildiyi qeyd edilir.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə