Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Heydər Əliyev” kitabı Təbrizdə nəşr olunub

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun rusiyalı həmkarı Viktor Andriyanovla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdiyi “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı Təbrizin “Aydın” nəşriyyatında fars dilində işıq üzü görüb.

Bu barədə Tehranda Azərbaycan və fars dillərində nəşr olunan aylıq “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru, doktor Hüseyn Şərqi Dərəcək (Soytürk) məlumat verib. Özünün şəxsi təşəbbüsü və dəstəyi ilə nəşr olunan 700 səhifəlik kitabı fars dilinə doktor Mirəli Rezayi ilə birlikdə tərcümə edən doktor Hüseyn Şərqi Heydər Əliyevin görkəmli dövlət xadimi kimi dünyanın ən qüdrətli siyasətçiləri ilə bir sırada dayandığını və yeni nəşrin ümummilli liderin siyasi irsinin öyrənilməsinə maraq göstərən farsdilli oxucular üçün dəyərli mənbə olacağını bildirib.
Doktor H.Şərqi Azərbaycanın Tehrandakı səfirliyinə və Təbrizdəki konsulluğuna təqdim etdiyi “Heydər Əliyev” kitabını ulu öndərin əbədiyaşar xatirəsinə layiqli bir töhfə kimi “Twitter”lə Azərbaycanın Prezidentinə göndərdiyini də vurğulayıb.
Qeyd edək ki, “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabı 2005 -ci ilin əvvəlində Moskvada məşhur “Molodaya Qvardiya” nəşriyyatında rus dilində buraxılmış və geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdı.
On beş il ərzində dünyanın 47 dilinə tərcümə olunan bu kitabda yüksək bədii nəsrlə tarixi faktlar vəhdət təşkil edir və böyük şəxsiyyətin ömür yolunun oxuculara məlum olmayan maraqlı məqamları öz əksini tapır. Kitabın həmmüəllifi Hüseynbala Mirələmov “İşığın izi ilə”, “Bir günəş var”, “Həqiqət”, “Millətin atası” kitablarını da dünya azərbaycanlılarının ürəyində özünə möhtəşəm bir abidə ucaldan ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr etmişdir.
Hüseynbala Mirələmov yeganə Azərbaycan yazıçısıdır ki, onun Moskvada vaxtilə Maksim Qorkinin təşəbbüsü ilə buraxılan “Görkəmli adamların həyatı” seriyasında üç kitabı nəşr olunmuşdur. “Tərcümeyi-hal davam edir: İlham Əliyev” və görkəmli oftalmoloq alim Zərifə Əliyeva haqqında kitabları da bu seriyaya daxildir. Müəllifin Bakı- İstanbul “Bay Time Print” mətbəəsi çox nəfis tərtibatla nəşr edilmiş “Missiya” kitabı isə Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.

28 Fevral 2021 00:24 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə