Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Pəncərə” studiyasının ilk tamaşası

Biləsuvar rayon Mədəniyyət Mərkəzində Günay Ümid və Cahangir Məlikin ssenarisi əsasında  hazırlanmış “Qurbanın qurbanlığı” adlı tamaşa təqdim edilib. Rayonun yenicə yaradılmış  “Pəncərə” teatr studiyasının ilk məhsulu olan tamaşa maraqla qarşılanıb.  
Təqdimatdan öncə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının humanitar və siyasi məsələlər üzrə müavini Ləman Yüzbaşova, regional mədəniyyət idarəsinin rəisi Elçin Hüseynov çıxış edərək bölgənin mədəni həyatında böyük hadisə olan səhnə əsərinin təqdimatını təqdir edib və yaradıcı kollektivə uğurlar arzulayıblar. 
Sonra tragikomediya janrında yazılmış əsərin tamaşası göstərilib. Əsas rollarda Cahangir Məlik, İlqar Dadaşov, Günel Mirzəyeva və Orxan Qərib məharətlə çıxış ediblər.  Tamaşa Biləsuvar səhnəsində üç gün oynanıldıqdan sonra yaradıcı heyətin qonşu rayonlara qastrolları nəzərdə tutulur.  

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”

27 Oktyabr 2018 22:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə