Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüşüb.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan nazir Latviya ilə yaradıcı mədəniyyət sənayeləri, habelə kino və musiqi sahələrində qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib.

Azərbaycan və Latviya arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini qeyd edib. 

Müzakirə zamanı Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən dağıdılan tarixi-mədəni abidələrin, təcavüzkar siyasətə məruz qalan mədəni irsimizin bərpası ilə bağlı məsələlərə toxunulub.

27 Fevral 2021 14:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə