Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın hava proqnozu açıqlanıb

Fevralın 28-də  gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

 Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 2-4 dərəcə isti,  gündüz  9-13 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti,  gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq.  

Tibbi-meteoroloji proqnoz:

Fevralın 28-də Abşeron yarımadasında  meteoroloji  amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

27 Fevral 2021 18:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə