Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa portalı Xocalı soyqırımından yazır

Fransanın “Agoravox” portalında jurnalist Alən Rumestanın “Bir daha Xocalı olmasın deyə...” adlı məqaləsi dərc edilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Xocalı 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanda müharibə cinayətlərinin törədildiyi şəhərdir. Hər il olduğu kimi, bu il də fevralın 26-da Xocalı qurbanlarının xatirəsi bütün Azərbaycan xalqı tərəfindən hörmətlə anılır. Bu qırğının günahkarlarının cəzasız qalmaması tələb edilir. Xocalı hadisələri ilə bağlı gerçəkliklərlə maraqlanan tarixçilər o vaxt orada olmuş Qərb jurnalistlərinin və fotoqraflarının, eləcə də sağ qalanların ifadələri ilə tanış ola bilərlər.

Bildirilir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə 2020-ci ilin noyabrında əldə edilmiş razılaşma ilə başa çatdı. Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytardı.

Məqalədə Xocalı faciəsi ətraflı təsvir edilərək diqqətə çatdırılır ki, Xocalının ətrafında olan məkanlar bir neçə həftə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən bombardman edildi. Xocalı hava limanı ölkə daxilində nəqliyyat və kommunikasiya üçün vacib strateji əhəmiyyətə malik idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hər tərəfdən hücum edildi, sakinlər amansızlıqla qətlə yetirildi. Erməni silahlı qüvvələri evləri mühasirəyə aldı, dağıtdı, canını qurtarmaq üçün qaçanları təqib etdi. 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 mülki şəxs amansızlıqla qətlə yetirildi. 1275 nəfər girov götürüldü və bu günə qədər onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhər tamamilə darmadağın edildi. Cəsədlər insanların yaşadığı dözülməz amansızlığı əks etdirirdi.

Diqqətə çatdırılır ki, 2008-ci ilin may ayında “Xocalıya ədalət!” kampaniyası başlayıb. Kampaniyanın məqsədi Xocalıda törədilən cinayət cəzasız qalmasın və oxşar dəhşətlər bir daha təkrarlanmasın deyə bu faciə haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

Məqalədə o da vurğulanır ki, illər ötməsinə baxmayaraq, Fransa və Avropa siyasətçiləri Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan bu faciə barədə hələ də konkret fikirlərini bildirməyiblər. Halbuki onlar tarixi gerçəkliyi birlikdə tanımalı, dərin yaraların sağalmasına imkan yaratmalı idilər. Etnik şovinizm, milli dözümsüzlük, təcavüz siyasəti, nifrət və qarşıdurma, terror və barbarlıq hərəkətləri çoxsaylı beynəlxalq qurumlar tərəfindən pislənilib. “Qoy dinc yaşamaq hüququ, təhlükəsizlik hüququ, xoşbəxtlik hüququ daim üstün olsun! Bir daha Xocalı kimi faciə olmasın deyə...”, - müəllif qeyd edir.

27 Fevral 2021 11:04 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə