Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vyana peyvənd olunanlar üçün “yaşıl pasport” tələb edir

“Euronews” agentliyinin yaydığı məlumata görə, Avstriyanın Federal Kansleri Sebastian Kurts Avropa İttifaqı (Aİ) ölkələrinin zirvə toplantısı ərəfəsində “yaşıl pasport” sisteminin tətbiqini tələb edib.

O, Yunanıstan və Kiprin təşəbbüsünü dəstəklədiyini və koronavirusa qarşı peyvənd olunan, mütəmadi testdən keçən və xəstəlikdən sağalmış şəxslər üçün bir sıra üstünlüklərin tətbiqinə tərəfdar olduğunu bildirib. S.Jurts bildirib ki, əgər bu məsələdə ümumavropa yanaşması mümkün olmazsa, o zaman Avstriya milli qaydada “yaşıl pasport“ sistemi üzərində işləyə bilər.

Yeri gəlmişkən, Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober belə bir sistem üzərində iş aparıldığını və müzakirələrin aprel ayına kimi davam edəcəyini, beləliklə də belə bir sistemin tətbiqinin aprel ayından əvvəl qeyri-mümkün olduğunu ifadə etmişdi. S. Kurts isə daha konkret mövqe tutaraq, Aİ rəhbərliyini mümkün qədər qısa zamanda “yaşıl pasport” sisteminin tətbiqinə çağırıb və bu fikrini, ilk növbədə, Aİ daxilində səyahət sərbəstliyinin yenidən bərpasının vacibliyi ilə izah edib.

O, həmçinin qeyd edib ki, İsrail nümunəsi bu sistemin qısa zamanda tətbiqinin mümkünlüyünü nümayiş etdirir və rəqəmsal həllər sayəsində müasir dövrdə mobil telefonlarda vaxt itirmədən “yaşıl pasport“ tətbiqi hazırlana bilər.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

27 Fevral 2021 10:02 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib
16 Aprel 2021 | 08:02
Bədbin statistika

Köhnə versiyamızdan xəbərləri izlə