Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Prioritetlər əhalinin rifahının daha da yaxşılaşdırılmasına mühüm təsir göstərən strategiyadır

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı qarşıdakı onillikdə ölkəmizin sosial-iqtisadi inkişafında müəyyənləşdirilən əsas istiqamətləri önə çəkməklə respublikamızın əhalisinin rifahının daha da yaxşılaşdırılmasına mühüm təsir göstərən strategiyadır.

Onu da xatırladım ki, burada söhbət sabit şəkildə artan rəqabətqabiliyyətli iqtisadiyyatdan, sosial ədalətə əsaslanan cəmiyyətdən, rəqabətədavamlı insan kapitalı və müasir innovasiyalar məkanından, erməni işğalından azad olunan ərazilərə tarixi qayıdışdan, təmiz ekoloji sistem, habelə “yaşıl artım” ölkəsindən gedir.
Lerik ictimaiyyəti qeyd olunan prioritetlərin vacibliyini dərindən dərk edir, onları inkişafın bir “yol xəritəsi” kimi dəstəkləyir. Buna görə də bu prioritetlərin qorunması və reallığa çevrilməsinə xitmət göstərmək bizim vətəndaşlıq borcumuzdur. Onu da vurğulayım ki, İkinci Qarabağ savaşından böyük zəfərlə çıxan dövlətimiz öz qarşısına mühüm vəzifələr qoyubsa, deməli, ölkə rəhbərliyində və hökumətimizdə daha böyük inkişaf səviyyəsinə çatmağa hədsiz inam vardır. Bizi sevindirən daha bir cəhət ondan ibarətdir ki, adıçəkilən sənəddə təkcə sosial-iqtisadi prioritetlər deyil, eyni zamanda, mədəni, psixoloji və s.amillər də nəzərdə tutulub.
İnanırıq ki, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktur sahələrinə xarici investisiyalar cəlb olunsa da, ölkəmizin iqtisadiyyatının öz müstəqilliyini qorumaq yönümündə də ciddi addımlar atılacaqdır. Əlbəttə, bu cəhətdən ən başlıca məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, iqtisadiyyatda qeyri-neft bölməsinin payının artırılmasıdır.
İqtisadiyyatda gedəcək dinamik inkişaf cəmiyyətimizin hər bir üzvünün gündəlik dolanışığında, güzəranında da öz əksini tapacaqdır. Konsepsiyadan göründüyü kimi, iqtisadi tərəqqinin ən müxtəlif modelləri inkişaf etdirildikcə, müasir səhiyyə xidməti, sosial müdafiə və ərzaq təhlükəsizliyi və təmiz ətraf mühitin yaradılması kimi məqsədlərə də nail olunacaqdır.
Ölkəmizin dayanıqlı inkişafını şərtləndirən amillərdən biri də hazırda uğurla inkişaf edən təhsil sistemidir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsinin başlıca mənbəyi, əlbəttə ki, müasir innovasiyalara əsaslanan təhsildir. Xüsusilə də orta təhsildə ona nail olmalıyıq ki, şagirdlərimiz paralel təhsilə, repetitor məşğələlərinə ehtiyac duymasınlar. Orta məktəb proqramları, orta məktəbdə verilən biliklər məzunların ali təhsil ocaqlarına qəbul olunmasına və yaxud müstəqil həyata qədəm qoymalarına əsaslı təsir göstərsin.
Biz əminik ki, milli prioritetlərin yerinə yetiriləcəyi növbəti on il ərzində iqtisadiyyatın bütün sahələrində qarşıya qoyulan məqsədlərə nail olacaq, əhalimizin rifahının daha yüksək səviyyəsinə qovuşacağıq.


Hüseynbala ƏLİYEV, Qabaqcıl təhsil işçisi

27 Fevral 2021 09:11 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə