Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidirlər

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə keçirilən onlayn konfransında çıxış edib. O, soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Heydər Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını minnətdarlıqla vurğulayaraq, ümumən Heydər Əliyev Fondunun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər haqqında fikirlərini bölüşüb.

Ermənistan siyasi-hərbi rəhbərliyinin, onların Dağlıq Qarabağdakı oyuncaq əlaltılarının 366-cı motoatıcı alayın dəstəyi və iştirakı ilə Xocalıda törətdiyi soyqırımı insanlıq əleyhinə akt və müharibə cinayəti olaraq şərh edib:
“Bizim, dünyadakı bütün vətənpərvər həmvətənlərimizin, türk ölkə və topluluqlarının Avropadakı, dünyadakı diaspor təmsilçilərinin, dostlarımızın əsas vəzifələrindən biri Xocalı soyqırımı, Ermənistanın Azərbaycana təcavüzünün acı nəticələri, o cümlədən, tarixi-mədəni abidələrə qarşı vandallıqlar barədə beynəlxalq ictimaiyyəti davamlı məlumatlandırmaq olmalıdır. Biz Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq”.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 Fevral 2021 08:31 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə