Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan düşmənçiliyə son qoymaq istəyir

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransına Azərbaycan Televiziyasının canlı yayımında böyük maraqla tamaşa etdim. İkinci Qarabağ müharibəsində olduğu kimi, Azərbaycan lideri ermənilərin mülki vətəndaşlarımıza qarşı törətdikləri Xocalı soyqırımının 29-cu ildönümündə də Ermənistanın işğalçılıq, terrorçuluq siyasətini ifşa etdi.

Prezident bildirdi ki, bu gün Xocalıda baş verənlər haqqında dünya ictimaiyyəti məlumatlıdır. Azərbaycan dövləti çalışacaq ki, dünya ölkələri bu soyqırımını rəsmən tanısınlar.
Mən Ali Baş Komandanın Ermənistanda bəzi qüvvələrin yenidən başlamaq istədiyi revanşizm siyasəti ilə bağlı fikirlərini xüsusilə qeyd etmək istəyirəm. Prezident birmənalı olaraq bildirdi ki, hər hansı revanşizm cəhdləri Azərbaycan tərəfindən cəzalandırılacaq.
Bundan əlavə, Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın Baş naziri arasında imzalanmış 10 noyabr birgə bəyanatının tamamilə icra olunacağını dövlət başçısının dilindən bir daha eşitmək olduqca xoş idi.
Erməni tərəfinin hərbi əsirlərlə bağlı haray-həşirinə də Prezident İlham Əliyev tutarlı cavab verdi: “Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq… Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir”.
Üstəlik, dövlət başçısı haqlı olaraq əlavə etdi ki, Ermənistan tərəfindən digər diversiya qruplarının bölgəyə göndərilməyəcəyinə də təminat yoxdur.
Prezidentin işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyinin yetərincə təmin olunması, bu yerlərdə müntəzəm olaraq reydlərin, PUA-lar vasitəsilə, həmçinin vizual monitorinqlərin keçirilməsi barədə dedikləri də bizdə ərazilərimizin tamamilə nəzarətdə olduğuna əminlik yaratdı.
Bununla yanaşı, Azərbaycan lideri ölkəmizin, insanlarımızın sülh istədiyini qeyd etdi: “Biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur”.
Onun sözlərinə görə, Azərbaycan məhz sülh tərəfdarı olduğu üçün Ermənistan öz qoşunlarını çıxaran gün müharibəni dayandırıb: “Ermənistan baş naziri şəxsən özü qoşunların çıxarılması tarixini verən kimi müharibəni dayandıracağımızı demişdik. Biz 30 il gözləmişdik. Bizim niyyətimiz həmişə aydın və səmimi olub. Ermənistanda müəyyən əlamətlər nümayiş etdirirdilər ki, münaqişə dinc yolla həll edilə bilər. Ancaq dərk edəndə ki, Ermənistan 1 santimetr torpağı belə qaytarmaq niyyətində deyil… Onlar iyul və avqust aylarında təxribatlar törətdi. O cümlədən, sentyabr ayında təxribat törətdilər və biz buna cavab verdik. Davamlı sülh yalnız 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə ola bilər. Mən öz sözümə əməl etdim. Biz dərhal müharibəni dayandırdıq. Biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticə daha ağrılı ola bilərdi. Biz bu gün onu müzakirə edirik ki, bölgədə davamlı sülh olsun. Bunun da yeganə yolu əməkdaşlıqdır”.


Arzuman MURADLI,
YAP Səbail rayon təşkilatının sədr müavini, iqtisadiyyat üzrə
fəlsəfə doktoru

27 Fevral 2021 09:25 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə