Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentindən Ermənistandakı revanşistlərə aydın və konkret cavab

Dövlət başçımızın fevralın 26-da yerli və əcnəbi jurnalistlər üçün verdiyi mətbuat konfransına televiziya ilə baxarkən mən Ali Baş Komandanımızın 44 günlük müharibə dövründə verdiyi çoxsaylı müsahibə və müraciətləri xatırladım. Fəxr etdim ki, həmin günlərdə xarici jurnalistlərlə həmsöhbət olan Azərbaycan Prezidenti tez-tez “Biz edəcəyik!” ifadəsini işlədirdisə, dünənki mətbuat konfransında “Biz etmişik!” dedi. Özü də qətiyyətlə dedi.

Məni daha çox məmnun edən məsələ isə Ermənistandakı bəzi qüvvələrin məlum faktlardan dərs ala bilməməsi nəticəsində dilə gətirdiyi “revanş” sözünə verilən qiymət idi. Prezident qətiyyətlə dedi: “Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Bizim qənaətimizə görə bu, belədir... Biz deyirik ki, Azərbaycan bu münaqişəni həll edib. Çünki 30 il davam edən danışıqlar nəticə vermədi”.
Kiminsə rahat kresloda oturaraq Dağlıq Qarabağın statusu məsələsindən danışması erməni xalqının özünə də sərf eləmir. Çünki 44 gündə 7 minədək canlı qüvvə itkisi ilə üzləşmiş Ermənistan ordusu növbəti cəfəng bəyanatların nəticəsində daha böyük bədbəxtliklərlə üzləşə bilər. Bu həqiqəti İrəvan rəsmiləri dərk edə bilmədiklərinə görə Azərbaycan Prezidenti onlara xatırlatdı: “Ermənistan xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu hala salan xülya idi. Ona görə də status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Biz Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik”.
Qalib ölkənin rəhbəri, müzəffər ordunun Ali Baş Komandanı Ermənistana havadarlıq edənlərə ismarıc da göndərdi: “Status məsələsini kim qaldırırsa, sülhə yox, qarşıdurmaya xidmət edir”.

Ağaverdi PAŞAYEV,
Xalq artisti, professor

27 Fevral 2021 09:00 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə