Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Su İdmanı sarayı” MMC AÇIQ TENDER ELAN EDİR

“Su İdmanı sarayı” MMC hovuz suyunun tərkibini nizamlamaq üçün kimyəvi maddələrin – sulfat turşusunun (H₂SO₄ 25 faizlik), duz - tablet (mazirsol), xlor (11 – 13 faizlik) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- Rauf Xəlilov (+99412) 491-91-91.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: “Su İdmanı sarayı” MMC

Bank rekvizitləri

VÖEN- 1701859441

HhAZ58PAHA38090AZNHC0290048918 “PAŞA Bank”ASC

VÖEN- 1700767721

Kod- 505141

M/hAZ82NABZ01350100000000071944

S.W.İ.F.T: PAHAAZ22

İştirak haqqı 130 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

- İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

- Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 30 mart 2021-ci il saat 12.00 -a və tender təklifi ilə bank təminatı sənədlərini isə 7 aprel 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 8 aprel 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

27 Fevral 2021 08:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Aprel 2021 | 08:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə