Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Malikanə satılır

“Multiple Listing Service” şirkəti tərəfindən satışa çıxarılmış ABŞ-ın ən bahalı malikanəsi –“Chartwell”in qiyməti aşağı salınıb. İlkin qiyməti 350 milyon dollar olan malikanənin endirimdən sonrakı dəyəri 250 milyon dollardır. Bildirilir ki, imarət bu yay 86 yaşında vəfat etmiş “Univision” şirkətinin sahibi, mediamaqnat Cerri Perençioya məxsus olub və 1930-cu ildə memar Samner Spoldinqin layihəsi əsasında inşa edilib. 
10,3 hektar ərazidə yerləşən, XVIII əsr fransız sarayı üslubunda tikilmiş malikanənin 22 metr uzunluğunda hovuzu, bağları, tennis kortları, bal zalı, 40 avtomobillik yeraltı qarajı və 12 min şüşəlik şərab zirzəmisi var.
Xəbəri “Bloomberg” verib.

Hazırladı: 
Elçin ABBASOV, 
“Xalq qəzeti”

 

27 Oktyabr 2018 21:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə