Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Qəbələ Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün nəzərdə tutulan Lot-1. Cari təmir işləri üçün tikinti materiallarının, lot-2.Maşın- mexanizm və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin, lot-3. Suvarma kanallarının lildən təmizlənməsi, çay məcrasının tənzimlənməsi və daş - beton bəndin qurulması işlərinin, lot-4. Əsaslı təmir işləri üçün tikinti materiallarının və lot-5. Kanalların beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Əlaqələndirici şəxs-Yüksəl Nurməmmədov.
Ünvan- Qəbələ şəhəri, Əziz Əliyev küçəsi 12.
E-mail: [email protected]
Tel- (0 24 20) 3-52-46, 3-52-47.
İştirak haqqı hər bir lot üçün 100 (bir yüz) manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: Qəbələ Suvarma Sistemləri İdarəsi
• H/h- AZ64CTRE 00000000000002351801
• VÖEN- 4400142611
• Bank- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
• VÖEN- 1401555071
• Kod- 210005
• M/h- АZ41NABZ 01360100000000003944
• S.W.İ.F.T: CTREAZ22
• Büdcə gəlirlərinin təsnifat kodu – 142330
• Büdcə səviyyəsinin kodu - 7
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) lot-1 üzrə 30 mart 2021-ci il saat 11.00-a, lot-2 üzrə 30 mart 2021-ci il saat 12.00-a, lot- 4 üzrə 30 mart 2021-ci il saat 15.00-a , lot-3 üzrə 31 mart 2021-ci il saat 11.00-a və lot-5 üzrə 31 mart 2021-ci il saat 12.00-a qədər, tender təklifi və bank təminatını isə lot-1,lot-2 və lot-4 üzrə 7 aprel 2021-ci il saat 17.00-a, lot-3 və lot-5 üzrə isə 8 aprel 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri lot-1 üzrə 8 aprel 2021-ci il saat 11.00-da, lot-2 üzrə 8 aprel 2021-ci il saat 12.00-da, lot-4 üzrə 8 aprel 2021-ci il saat 15.00-da, lot-3 üzrə 9 aprel 2021-ci il saat 11.00-da və lot-5 üzrə isə 9 aprel 2021-ci il saat 12.00 -da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 

Tender komissiyası

27 Fevral 2021 08:05 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Aprel 2021 | 08:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə