Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya portalında Xocalı qətliamından bəhs edən məqalə dərc olunub

Almaniyanın “nex24.news” onlayn xəbər portalında alman alim Mixael Raynhard Hessin Xocalı qətliamından bəhs edən “Tarixinüç mənası” sərlövhəli məqaləsi dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, məqalənin müəllifi Xocalı dəhşətlərini həm tarixçilərin, həm faciə qurbanlarının, həm də yazıçıların prizmasından təhlil edib.

Müəllif 26 fevral 1992-ci ildə Xocalıda törədilənləri müharibə cinayəti kimi qiymətləndirib və onu ikinci Dünya müharibəsindən sonra qurbanların sayına görə, Srebrenitsadan sonra Avropanın ikinci ən dəhşətli genosidi adlandırıb.

M.Hess Xocalı qətliamının dəhşətlərini “Müharibə uşaqları” kitabından tərcümələr verməklə bir daha inandırıcı formada oxucuların diqqətinə çatdırıb. Alim Xaçatur adlı erməni əsgərinin 13 yaşlı azərbaycanlı gənci diri-diri pəncərəyə mismarlamasını, digər üç uşağın, eləcə də hamilə ananın körpə övladının gözləri önündə öldürülərək itlərə yem edilməsini, gənc qızın üzərinə benzin tökülərək diri-diri yandırılılmasını tam açıqlığı ilə təsvir edib.

Alman müəllif Haaqa Beynəlxalq Məhkəməsinin müharibə cinayətlərində təqsirli bildiyi uqandalı hərbi komandan Dominik Onqvenlə Serj Sarkisyanın tutarlı müqayisəsini apararaq, bütün müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsnin hələ də gec olmadığını əsaslandırıb.

Qeyd edək ki, Mixael Raynhard Hessin 2016-ci ilin aprel döyüşlərindən bir neçə ay sonra “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı Berlində alman dilində, 44 günlük müharibədən əvvəl - 2020-ci ilin avqustunda isə “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycanın tarixinin açılımı” adlı kitabı Münxendə ingilis dilində nəşr edilib.

Məqalə Avropadakı Azərbaycan diasporunun dəstəyi ilə işıq üzü görüb.

26 Fevral 2021 20:35 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə