Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımının qurbanları Polşada anılıb - VİDEO

Varşavanın ən nüfuzlu "Raffles Europejski Warsaw" hotelində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş online konsert keçirilib. 

Azərbaycanın Polşadakı səfirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, online konsert səfirlik və Polşadakı Azərbaycan diasporunun nümayəndələrinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi Fərid Cəfərli çıxış edib. Daha sonra Varşavadakı Karol Şimanovski adına 4 saylı dövlət musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi inciləri səsləndirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalı soyqırımına həsr edilmiş film polyak dilinə tərcümə edilərək geniş ekranda nümayiş etdirilib.

26 Fevral 2021 15:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə