Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səkinin müəyyən hissəsinə dəmir məhəccərlər düzülüb

Bakı Nəqliyyat agentliyindən verilən məlumata görə, "Gənclik Mall"-un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib. Məqsəd isə  ilk növbədə piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Ərazidə nəqliyyat vasitələrinin xüsusən də taksi minik avtomobillərinin dayanma qaydalarına zidd saxlanılmasının qarşısını almaqdır. F.Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılmaqdadır. 

Qeyd edim ki, ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.

 

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

27 Oktyabr 2018 17:59 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə