Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı faciəsi qurbanlarının xatirəsi Moskvada da yad edilib

Azərbaycanın Rusiyadakı səfirliyinin binası önündə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Moskvadakı səfirliyinin binası qarşısında Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş soyqırımını əks etdirən fotoşəkillərdən ibarət stend quraşdırılıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rusiyadakı Azərbaycan diasporunun, Rusiya Azərbaycanlı Gənclər Birliyi, ictimaiyyətin nümayəndələri soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar. Stendin qarşısına gül dəstələri və əklillər qoyulub.

26 Fevral 2021 14:40 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə